Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər Corat qəsəbəsində yerləşən “Cümə” məscidində olub, burada qəsəbə sakinləri ilə görüşüb.
Qeyd edək ki, 10 əsrdən çox yaşı olan Corat qəsəbə məscidi bir neçə ay öncə əsaslı təmirdən sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakı ilə yenidən qəsəbə sakinlərinin ixtiyarına verilmişdi.
Məlumat verilib ki, məsciddə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradılıb. Burada eyni anda 500 müsəlman ibadət edə bilər. Əsaslı təmirdən sonra istifadəyə verilən məsciddə dini mərasimlərin keçirilməsi üçün bütün tələblər nəzərə alınıb. Burada kişi və qadınlar üçün ayrıca dəstənamazxanalar yaradılıb. Məsciddə müasir işıqlandırma, kamera, isitmə və soyutma sistemləri, monitorlar quraqşdırılıb.
Qəsəbə sakinləri ölkəmizdə dini-mənəvi dəyərlərin qorunub saxlanılmasına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, son illərdə bütün dini ocaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, yeni dini ocaqların inşası dövlətimizin başçısının xalqımızın milli mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin gözəl nümunəsidir.
Görüşdə vurğulandı ki, son illər Sumqayıt şəhərində aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri Corat qəsəbəsini də əhatə edir. Corat qəsəbəsində yerləşən 1294 şagird yerlik 7 saylı tam orta məktəb şəhər icra hakimiyyəti tərəfindən əsaslı təmirdən sonra şagirdlərin ixtiyarına verilib. Hazırda qəsəbədə yeni baxçanın tikintisinə başlanılıb və qısa müddətdə istifadəyə veriləcək. Corat qəsəbəsində əsas yollar təmir olunub və hazırda bu iqtiqamətdə işlər davam etdirilir.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və şəhər rəhbərinə təşəkkürlərini çatdırıblar