Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərindəki Cümə məscidində olub, məsciddə yaradılmış şəraitlə yaxından tanış olub, burada sakinlərlə görüşüb.
Şəhər rəhbəri bildirib ki, son illər tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, dini ocaqların bərpası və təmiri Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir.
Qeyd olunub ki, 1990-cı ildə şəhər əhalisinin istifadəsinə verilmiş məsciddə eyni vaxtda 700 nəfərin ibadət etmək imkanı vardır.
Vurğulanıb ki, son illərdə bütün dini ocaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, yeni dini ocaqların tikilib istifadəyə verilməsi ölkə rəhbərinin xalqımızın milli mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin bariz nümunəsidir.
Şəhər rəhbəri məsciddə yaradılan şəraitdən razılığını ifadə etdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.