Zakir Fərəcov daha bir məktəbdə oldu - FOTOLAR

3996

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2018-2019-cu il tədris ilinin başlaması ilə əlaqədar olaraq görülmüş işlərlə yaxından tanış olmaq üçün 18 saylı məktəbdə olub, burada müəllim və şagirdlərlə görüşüb.

Məktəblərdə yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlərlə yaxından tanış olan şəhər rəhbəri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, şagirdlərə tövsiyələrini verib, sualları cavablandırıb.

Vurğulanıb ki, Sumqayıt şəhəri üzrə ümumi təhsildə keyfiyyət irəliləyişləri nəinki buraxılış və qəbul imtahanlarının nəticələrində, eyni zamanda digər təhsil pillələri üzrə təlim göstəricilərində də müşahidə edilib, bəzi göstəricilər isə son illərin ən yüksək göstəricisi olub.

Qeyd olunub ki, Sumqayıt şəhərində qəbul imtahanlarında iştirak edən abituriyentlər 77,1% uğurlu nəticə göstərərək tələbə adını qazana bilib. Bu ölkə üzrə ən yaxşı qəbul faizi olmaqla yanaşı, son illərin də ən yüksək göstəricisidir. Şəhər rəhbəri bu göstəricilərin daha da yüksəldilməsi üçün müəllim və şagird kollektivinə tövsiyələrini çatdırıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müəllim və şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər