Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bir neçə gün öncə dünyasını dəyişən qazi Zülfiqarov Bəhruz Həmid oğlunun yas mərasimində iştirak edib. Şəhər rəhbəri Bəhruz Zülfiqarovun doğmalarına başsağlığı verib.
Qeyd edək ki, Vətən müharibəsi qazisi, Sumqayıt şəhər sakini Bəhruz Zülfüqarov ötən ay əməliyyat olunub və komaya düşüb.
1987-ci il təvəllüdlü Bəhruz Zülfüqarov Vətən Müharibəsində iştirak etmişdi və “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdu. Ailəli idi, bir qız övladı var.