Zakir Fərəcov Hacı Zeynalabdin qəsəbəsindəki məsciddə oldu – FOTOLAR

5068

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Hacı Bəyverdi” məscidində olub.

Şəhər rəhbərinə məlumat verildi ki, məscid 1991-ci ildən  yerli sakinlərin ixtiyarına verilib və ötən il dövlət qeydiyyatına alınıb.

Çıxış edənlər ölkəmizdə dini-mənəvi dəyərlərin qorunub saxlanılmasına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, son illərdə bütün dini ocaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, yeni dini ocaqların inşası dövlətimizin başçısının xalqımızın milli mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin gözəl nümunəsidir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Sumqayıt şəhərində, eləcə də qəsəbələrdəki mövcud məscidlərdə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradılır. Qəsəbə məscidi ilə yaxından tanış olan şəhər rəhbəri onu da vurğuladı ki, məsciddəki mövcud çatışmazlıqlar qısa müddətdə öz həllini tapacaq. Burada insanların rahat ibadət etmələri üçün şərait daha da yaxşılaşdırılacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər