Zakir Fərəcov Keçiören bələdiyyəsində oldu - FOTOLAR

4153

Xəbər verdiyimiz kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdədir.

Səfər çərçicəsində Sumqayıt şəhəri ilə qardaşlaşmış şəhər əlaqəsinə malik olan Ankaranın Keçiören bələdiyyəsində görüş keçirilib. Görüşdə görüşdə Keçiören bələdiyyəsinin sədri Mustafa Ak, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov və nümayəndə heyətinin üzvləri iştirak edib.

İkitərəfli münasibətlərin inkişafı, qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi məqsədilə keçirilən görüşdə Keçiören bələdiyyəsinin sədri Mustafa Ak köklü dövlət ənənəsinə sahib iki ölkənin hər zaman dost olacağını xatırladaraq, “Azərbaycandakı qardaş şəhərimiz Sumqayıt ilə güclü bir iş birliyimiz var. Təcrübələrimizi paylaşır, gözəl işlər görürük” deyə bildirib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov bildirib ki, Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Bu gün bu münasibətlər uğurla inkişaf edir, xalqlarımız biri-biri ilə sıx əməkdaşlıq edir, iki qardaş ölkə birlikdə regionda çox önəmli layihələrə imza atır.

Nümayəndə heyəti Ankaranın Keçiören rayonundakı Xocalı soyqırımı meydanında rayon bələdiyyəsi və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib və abidənin önünə gül çələngi qoyub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər