Zakir Fərəcov Lüdviqshafen şəhərinin nümayəndələri ilə görüşdü

1343

Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndələri Sumqayıt şəhərində olub. Sumqayıtın Dostları Cəmiyyətinin sədri, Lüdviqshafen Ekologiya İdarəsinin rəhbəri Uve Frölix və İdarənin iki əməkdaşı Sumqayıt şəhərində olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə ikitərəfli əlaqələrin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Ötən dövr ərzində Lüdviqshafen şəhərinin mütəxəssisləri ilə birgə Sumqayıt şəhərində həyata keçirilən layihələr müzakirə olunub.

Görüşdə vurğulanıb ki, Sumqayıt şəhəri 1977-ci ildə Almaniyanın Lüdviqshafen şəhəri ilə qardaşlaşıb. Almaniyanın Lüdviqshafen şəhəri ilə Sumqayıt şəhəri arasındakı əlaqələr iki xalq arasında münasibətlər üçün möhkəm zəmin yaradıb.

Qeyd edək ki, bu il Sumqayıtla Lüdviqshafen şəhərinin dostluq əlaqələrinin 45, tərəfdaşlıq münasibətlərinin isə 35 ili tamam olur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər