Zakir Fərəcov Lüdviqshafendə Şəhər Günü tədbirlərində iştirak edib

2701

Sumqayıtla dostluq və tərəfdaşlıq əlaqələri olan Almaniyanın Lüdviqshafen şəhərinin 170 illik yubileyi qeyd olunur. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərində keçirilən “şəhər günü” tədbirlərinə qatılıb.

“Şəhər günü” tədbirləri çərçivəsində  açıq hava konserti təşkil edilib. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın Lüdviqshafenlə 1977-ci ildə yaranan dostluq münasibətlərinin bu gün də uğurla davam etdiyini vurğulayıb.  Qeyd edib ki, bu il Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhəri arasında dostluğun 36, tərəfdaşlıq əlaqələrinin yaradılmasının isə 46 ili tamam olur.

Zakir Fərəcov bildirib ki, Almaniyanın Lüdviqshafen şəhəri ilə Sumqayıt şəhəri arasındakı əlaqələr iki xalq arasında münasibətlər üçün möhkəm zəmin yaradıb.

Zakir Fərəcov  Lüdviqshafen şəhərinin meri xanım Yutta Ştaynruka nümayəndə heyəti adından xatirə hədiyyəsi təqdim edib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər