Zakir Fərəcov Lüdviqshafendə Şəhər Günü tədbirlərinə qatılıb – FOTOLAR

1388

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərində keçirilən “şəhər günü” tədbirlərinə qatılıb.

Lüdviqshafen  şəhərində hər il 27-30 iyun tarixlərində şəhər günü tədbirləri təşkil olunur. Tədbirə Lüdviqshafen  şəhəri ilə qardaşlaşmış şəhərlərin nümayəndələri də dəvət olunub.

“Şəhər günü” tədbirləri çərçivəsində 27-ci şəhər festivalı – açıq hava konserti təşkil edilib. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın Lüdviqshafenlə 1977-ci ildə yaranan dostluq münasibətlərinin bu gün də uğurla davam etdiyini vurğulayıb.  Qeyd olunub ki, iki şəhər arasında  dostluğun 30, tərəfdaşlıq əlaqələrinin yaradılmasının isə 40 iliyi  münasibəti ilə 2017-ci ildə Sumqayıt şəhərində bayram tədbirləri təşkil olunub. Tədbirdə Lüdviqshafen şəhəri böyük nümayəndə heyəti ilə təmsil olunub.

Bildirilib ki, bu illər ərzində 60-a yaxın qarşılıqlı səfərlər olub. Bu səfərlərdə iki minə yaxın insan iştirak edib, 23 layihə həyata keçirilib.

Zakir Fərəcov Lüdviqshafen şəhərinin yeni bələdiyyə rəhbəri Yutta Ştaynruka fəaliyyətində uğurlar arzulayıb, nümayəndə heyəti adlndan xatirə hədiyyəsi təqdim edib.

  

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Xanəli Məmmədov
    İyun 28, 2019 - 19:43

    2002-ci ildə Zakir müəllimin rəhbərliyi ilə nümayəndə heyətinin tərkibində Lüdviqshafen şəhərində olduq.Karl Boş adına gimnaziya ilə müqavilə bağladıq. Məktəbin bütün alman dili müəllimləri bu şəhərdə oldu.Şagirdləri alman ailələrinə göndərdim. Almaniyadan müəllim dəvət etdim. 2 il bizdə 15 nömrəli məktəbdə adi müəllim kimi işlədi.35 nömrəli məktəbin alman dili müəllimi ilə ailə həyatı qurdu. Alman səfirliyi(4 alman səfiri və ABŞ- səfiri xanım Enn Dersi məktəbdə olublar) ilə anlaşma imzaladıq. O zaman başçı Təvəkkül müəllim idi. Bizim şagirdlər Almaniya universitetlərinə qəbul şansı əldə etdi. Azərbaycan-Almaniya mədəniyyət həftəsinin bir günü məktəbimizdə keçirildi.Heyf ki əlaqələrimiz kəsildi…….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər