Zakir Fərəcov müşavirə keçirdi, tapşırıqlar verdi- FOTO

1030

Sumqayıt şəhərində küçə ticarəti ilə mübarizənin vəziyəti və bununla əlaqədar qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müşavirə keçirilib.

Müşavirədə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, aidiyyatı qurumların nümayəndələri iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, son illər Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri sakinlərin rahatlığına hesablanıb. Şəhərdə həyata keçirilən kompleks abadlıq və quruculuq işləri, yeni və möhtəşəm infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər təsərrüfatının yenidən qurulması sakinlərin razılığına səbəb olub.

Şəhər rəhbəri qeyd edib ki, görülmüş işlərlə yanaşı qanunsuz küçə ticarətinin mövcudluğu sakinlərin haqlı narazılıqlarına səbəb olur.

Müşavirədə qaldırılmış problemlərin operativ həlli, piyada səkilərini zəbt edən, piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə mane olan, şəhər ərazisində antisanitar şərait yaradan küçə ticarətinin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər