Zakir Fərəcov orta məktəbdə oldu, şagird və müəllimlərlə görüşdü -FOTOLAR

2787

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 9-cu mikrorayon ərazisində yerləşən Sumqayıt şəhəri general Məhəmməd Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada olub. Məktəbin fəaliyyəti ilə yaxından tanış olan şəhər rəhbəri müəllim və şagirdlərlə görüşüb.

Şəhər rəhbəri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, peşə seçimi, şəhərdə həllini gözləyən problemlərlə bağlı fikirlərini öyrənib, onlara tövsiyələrini verib, sualları cavablandırıb. Şəhərdə görülmüş işlər və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrlə bağlı ətraflı məlumat verib, şəhərin inkişafı ilə bağlı onların təkliflərini dinləyib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər