Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüş keçirib.
Aprelin 19-da Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində keçirilən səyyar qəbul-görüşdə 30-a yaxın vətəndaşın təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib.
Səyyar qəbulda sakinlərin təklif, müraciət və şikayətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib
Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.