Zakir Fərəcov səyyar qəbul keçirdi, sakinləri dinlədi – FOTO

2453

Sumqayıt şəhərində sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədilə davamlı olaraq səyyar qəbullar keçirilir. Növbəti səyyar qəbul-görüş Sumqayıt şəhər 1-ci məhəllə ərazisində keçirilib.

Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbdə keçirilən qəbulda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, xidmət təşkilatlarının rəhbərləri, şəhər sakinləri iştirak edib.

Şəhər rəhbəri Sumqayıt şəhərində hər həftə səyyar qəbulların keçirildiyini və bu görüşlərin artıq ənənə halını aldığını vurğulayıb.  Qeyd edib ki, görülmüş işlər nəticəsində şəhər sakinlərini narahat edən məsələlər, mövcud problemlərin həlli istiqamətində müsbət nəticələr əldə olunub.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər