Zakir Fərəcov səyyar qəbul keçirdi, vətəndaşların problemlərini dinlədi – FOTOLAR

1734

Sumqayıt şəhərində əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə müxtəlif yerlərində mütəmadi olaraq səyyar qəbullar keçirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 29-cu məhəllə ərazisində keçirib.

Qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib.

Səyyar qəbul zamanı sakinlərin problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda aparılan abadlıq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqət ayırdığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər