Zakir Fərəcov Sian şəhərinin nümayəndə heyəti ilə görüşüb

978

Çin Xalq Respublikasının Sian şəhərinin nümayəndə heyəti Sumqayıt şəhərinə səfərdə olub

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Çin Xalq Respublikasının Sian şəhərinin vitse-meri Van Syaolini və nümayəndə heyətini  qəbul edib. Şəhər rəhbəri qonaqları salamlayaraq onları şəhərimizdə görməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib. Vurğulayıb ki, Azərbaycan-Çin əlaqələri möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanır. Əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli rəsmi səfərlər və bu çərçivədə əldə edilmiş siyasi razılaşmalar müstəsna əhəmiyyət kəsb edir.

Zakir Fərəcov Sumqayıt və onun iqtisadi inkişafı ilə bağlı qonaqlara geniş məlumat verib. Qeyd edib ki, Sumqayıt şəhəri Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Hazırda sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, modernləşdirilməsi, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Sumqayıt şəhərində ilk dəfə olduqlarını ifadə edən çinli qonaqlar səmimi görüşə görə şəhər rəhbərinə minnətdarlığını bildiriblər. Qeyd olunub ki, Sumqayıt şəhəri ilə Çinin Sian şəhəri arasında dostluq əlaqələri mövcuddur. Çin Xalq Respublikasının Sian şəhərinin vitse-meri Van Syaolin ikitərəfli əlaqələrin genişləndirilməsindən danışıb.

Daha sonra qarşılıqlı hədiyyələt təqdim olunub.

Nümayəndə heyəti daha sonra Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə olublar. Qonaqlara Sumqayıt təhsilinin uğurlarından danışılıb. Qarşılıqlı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər