Zakir Fərəcov “Sumqayıt” klubunun futbolçuları ilə görüşüb – FOTOLAR

3614

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu gün futbol üzrə Azərbaycan Premyer Liqasını 3-cü pillədə tamamlayan “Sumqayıt” Futbol Klubunun qonağı olub.

Şəhər rəhbəri qazanılan uğur münasibətilə klubun prezidenti Riad Rəfiyev, “A” komandanın baş məşqçisi Ayxan Abbasov və futbolçu heyəti ilə görüşüb.

Futbol üzrə Azərbaycan çempionatının bürünc mükafatını qazanması münasibəti ilə komandanı təbrik edən Zakir Fərəcov Azərbaycan Kubokunun final qarşılaşmasında iştirak edəcək “Sumqayıt” FK-ya həlledici görüşdə uğurlar arzulayıb.

Şəhər rəhbəri tərəfindən kluba fəxri fərman və xüsusi hədiyyələr verilib. “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev də öz növbəsində Azərbaycan Premyer Liqasının 2020/2021 mövsümünün bürünc medalı və komanda üzvləri tərəfindən imzalanmış topu Zakir Fərəcova təqdim edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər