ZAKİR FƏRƏCOV SUMQAYITLILARI TƏBRİK ETDİ - FOTOLAR

3075

Sumqayıt şəhərində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il bayramı” ilə əlaqədar ümumşəhər bayram tədbiri keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, ictimayət nümayəndələri iştirak ediblər.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə davamlı tərəqqinin təmin edildiyini bildirən Z.Fərəcov 2018-ci ilin Sumqayıt üçün də uğurlu olduğunu qeyd edib. Şəhər rəhbəri 2018-ci ildə Sumqayıtda görülən işlər, əldə olunan nailiyyətlər, həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verərək, Sumqayıt sakinlərinə firavan həyat arzulayıb.
Sonra şəhərin sosial-iqtisadi həyatında səmərəli fəaliyyətinə görə fərqlənənlərə icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.
Bayram şənliyində respublikanın tanınmış incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

1

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər