Zakir Fərəcov təhsil müəssisələrində oldu – FOTOLAR

3813

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yeni tədris ilinə hazırlıqla bağlı təhsil müəssisələrində görülmüş işlərlə yaxından tanış olmaq üçün bəzi təhsil müəssisələrində olub.

9 və 11 saylı məktəblərdə olan şəhər rəhbəri mövcud şəraitlə yaxından tanış olub, tapşırıq və tövsiyələrini verib.

Vurğulanıb ki, ölkəmizdə, eləcə də Sumqayıt şəhərində təhsilə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Təhsil müəssisələrində tədrisin, təlim-tərbiyənin keyfiyyətinin yaxşılaş­dırıl­­­­­­ması, onun maddi-texniki bazanın möhkəmləndirilməsi, hər zaman diqqət mərkəzində saxlanılır.

Şəhərdə aparılan abadlıq və quruculuq işlərinin ümumi ahənginə uyğun olaraq məktəb ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işləri həyata keçirilir.

Yeni dərs ilinə hazırlığı təmin etmək məqsədi ilə bütün məktəblərdə təmir işləri aparılıb, istilik sistemləri təmir olunub, mövcud çatışmazlıqlar aradan qaldırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər