Zakir Fərəcov təmirdən sonra istifadəyə verilən poliklinikada olub -FOTOLAR

690

Sumqayıt şəhərində əhaliyə müalicə-profilaktik xidmət göstərən 1 saylı Poliklinika təmirdən sonra istifadəyə verilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov 1 saylı Poliklinikada  əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub  və burada şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri ilə görüşüb.

Qeyd olunub ki, 1 saylı poliklinika 1989-cu ildə fəaliyyətə başlayıb. Bu illər ərzində poliklinikada əsaslı təmir işləri aparılmayıb. 2015-ci ilin noyabr ayında poliklinikanın əsaslı təmirinə başlanılıb. Əsaslı təmirdən sonra burada keyfiyyətli tibbi xidməti göstərmək üçün hər cür şərait yaradılıb, müasir standartlara cavab verən avadanlıqlarla təmin olunub. İki mərtəbə və 26 kabinetdən ibarət olan poliklinikada istilik, yanğından mühafizə – siqnalizasiya, kamera-nəzarət  sistemləri quraşdırılıb.

1 saylı Poliklinikaya baxış keçirildikdən sonra şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri ilə görüşüən Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov qeyd edib ki, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün xəstəxanaların və poliklinikaların təmiri, müasir avadanlıqlarla təchizatı çox vacib amillərdəndir.

Şəhərdə təmirə ehtiyacı olan bütün tibb müəssisələrinin tezliklə müasirləşdiriləcəyini vurğulayan şəhər rəhbəri səhiyyə işçilərinə öz tapşırıq və tövsiyələrini verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər