Zakir Fərəcov tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirildi – FOTO

914

Sumqayıt şəhər sakinlərini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədilə mütəmadi olaraq şəhərin müxtəlif yerlərində səyyar qəbullar keçirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 21-ci mikrorayon ərazisində keçirib. Qəbulda vətəndaşların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıt şəhərində son illər görülən işlərdən razılığını bildiriblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər