Zakir Fərəcov tibb işçilərinin peşə bayramını təbrik etdi – FOTO

4535

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar Sumqayıtda tədbir keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkili Müşfiq Məmmədli, şəhərin səhiyyə müəssisələrinin rəhbərləri və tibb işçiləri iştirak edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirib və şərəfli işlərində uğurlar arzulayıb.

Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Şəhər rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkəmizdə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Son illər ərzində Sumqayıt şəhərində də əksər tibb müəssisələri əsaslı təmir olunub.

Bildirilib ki, tibb işçilərinin 44 günlük Vətən müharibəsində, eyni zamanda pandemiya ilə mübarizədə əvəzsiz xidmətləri olub.

Sumqayıt tibb mərkəzi publiki hüququ şəxsin direktoru Səkinə Sadıqova və digər çıxışçılar tibb işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və şəhər rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Çıxışlardan sonra bir qrup tibb işçisi şəhər icra hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub. Tədbir konsert proqramı ilə davam etdirilib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər