Zakir Fərəcov Ukraynanın Çerkassı şəhərinin nümayəndə heyətini qəbul edib

570

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ukraynanın Çerkassı şəhərinin nümayəndə heyətini qəbul edib.

Vurğulanıb ki, Azərbaycanın Sumqayıt şəhəri ilə Ukraynanın Çerkassı şəhərləri arasında dostluq münasibətləri 1972-ci ildən mövcuddur. Uzun illərdir ki, dostluq ənənələri hər iki şəhərin mədəniyyət, elm, incəsənət və sənaye sahələri üzrə davam etdirilir. 1978-ci ildən Çerkassıdakı ən böyük küçələrdən birinə “Sumqayıt” adı verilib. Şəhərimizin adını daşıyan bu küçə böyük bir ərazini əhatə edir, burada ticarət obyektləri və dövlət idarələri yerləşir.

Bildirilib ki, iki şəhər arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin mühüm  rolu olmuşdur. 2003-cü ilin sentyabr ayında Sumqayıt şəhərinin nümayəndə heyəti Çerkassı şəhərində səfərdə olub. 2004-cü ilin may ayının 18-dən-25-dək Sumqayıt şəhər nümayəndə heyəti Çerkassı şəhərinin 718-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində, növbəti dəfə isə 2008-ci il oktyabrın əvvələrində Çerkassı şəhərinin 722-ci ildönümü ilə əlaqədar Çerkassı şəhərində səfərdə olmuşlar.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Sumqayıtda ən böyük və ən uzun küçələrin birinə“Çerkassı”adı verilib.

Qeyd edək ki, 2022-ci ildə məlum hadisələrlə əlaqədar Çerkassı şəhərinin sakinləri üçün 51 tondan artıq humanitar yardım göndərilib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər