Zakir Fərəcov uşaqları təbrik etdi - FOTOLAR

2878

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib. Bu məqsədlə şəhər rəhbəri 67 saylı körpələr evi uşaq bağçasında olub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov uşaqlara xoşbəxtlik və səadət, firəvan həyat, uzun ömür, can sağlığı arzulayıb.

Uşaqlar maraqlı proqramla çıxış ediblər. Balaca fidanlarının ifasında bir – birindən maraqlı , rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi kompozisiya və rəqslər təqdim olunub.

Qeyd olunub ki, Sumqayıt şəhərində son illər uşaqların hüquqlarının qorunnması , onların sağlam böyümələri və mükəmməl təhsil almaları üçün hər cür şərait yaradılıb. Son illərdə digər sahələrdə olduğu kimi məktəbəqədər təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi də diqqət mərkəzində olub. Şəhərdə fəaliyyət göstərən körpələr evi uşaq bağçalarında avadanlıq və inventarlarla təchizat yaxşılaşdırılıb, istilik sistemi tam bərpa olunub, bütün uşaq bağçaları isti su ilə təchiz edilib, ərzaq təminatı ciddi nəzarətə götürülüb. Uşaqların təlim-tərbiyəsinə xüsusi fikir verilir.

Uşaqlara hədiyyələr təqdim edilib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər