Zakir Fərəcov Vətən Müharibəsi Qəhrəmanı İzzət Balacayevin toy mərasimində iştirak edib – FOTOLAR

8158

Sumqayıt şəhərində Vətən Müharibəsi Qəhrəmanı, qazi İzzət Zakir oğlu Balacayevin toy mərasimi keçirilib. Toy mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib.

Zakir Fərəcov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və xoş arzularını Vətən Müharibəsi Qəhrəmanı İzzət Balacayevə çatdırıb və qiymətli hədiyyələri təqdim edib.

Vurğulanıb ki, Azərbaycan Ordusunun baş leytenantı olan İzzət Balacayev 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd, Kəlbəcər, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İzzət Balacayevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

İzzət Balacayev həmçinin “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunub.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun nümayiş etdirdiyi peşəkarlıq, vətənpərvərlik və döyüş əzmi nəticəsində torpaqlarımız işğaldan azad olundu və tarixi ədalət bərqərar olundu. Ali Baş Komandanın vurğuladığı kimi, bu tarixi qələbəyə görə hər birimiz şəhidlərimizə, qazilrimizə borcluyuq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər