Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər Vərəm Xəstəxanasında olub, tibbi müəssisədəki mövcud vəziyyətlə tanış olub. Baş həkim tibb müəssisəsindəki mövcud vəziyyətlə bağlı şəhər rəhbərinə məlumat verib.
Qeyd edək ki, Son 5 il ərzində Sumqayıt şəhərində tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib. Müasir tələblərə cavab verən səhiyyə infrastrukturu yaradılması istiqamətində mühüm işlər görülüb.
Şəhərdə fəaliyyət göstərən səhiyyə ocaqlarının əksəriyyəti təmir olunub, tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunub.1 nömrəli doğum evi, 1,2 nömrəli qadın məsləhətxanaları, 1,4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunub, 1 nömrəli uşaq poliklinikası, 2 nömrəli şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparıldıb. 1,2 nömrəli doğum evlərinin reanimasion şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub.