Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Novruz bayramı ərəfəsində əhalinin kənd təsərrüfatı məhsullarına təlabatının artması ilə bağlı şəhərin 12-ci mikrorayon ərazisində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasına baxış keçirib.
Şəhər rəhbəri yarmarkada satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti, satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olub, sakinlərin rəy və təklifləri ilə maraqlanıb.
İcra başçısı müvafiq şəxslərə yarmarkada süni qiymət artımının qarşısının alınması , satışa çıxarılan məhsulların satış qiymətinə gün ərzində nəzarət olunması üçün tapşırıqlar verib.