Zakir Fərəcov yüksək bal toplayan abituriyentlə görüşdü – FOTO

6229

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Millət vəkili Hicran Hüseynova bu il qəbul imtahanında II ixtisas qrupu üzrə ən yüksək nəticə (688,4 bal) göstərən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Murad Nadir oğlu Mustafazadədəni təbrik ediblər.

Şəhər rəhbəri və millət vəkili Murad Mustafazadəni əldə etdiyi uğur münasibəti ilə təbrik edib, ona xoş arzularını çatdırıblar, gələcək həyatında uğurlar arzulayıblar.

Son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışılıb və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.

Bildirilib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.

Qeyd olunub ki, Sumqayıt məktəbliləri hər il qəbul imtahanlarında, eləcə də müxtəlif olimpiada və müsabiqələrdə aktiv iştirak edərək yüksək nəticələr göstərirlər.

Murad Mustafazadə ona göstərilən diqqətə görə təşəkkürünü çatdırıb, bundan sonrakı fəaliyyətində də ona bəslənən ümidləri doğruldacaqlarına söz verib.

Sonda qəbul imtahanında yüksək nəticə göstərən Murad Nadir oğlu Mustafazadədəyə hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər