Zakir Fərəcov yüksək bal toplayan məzunlarla görüşdü – FOTOLAR

3009

Sumqayıtda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.

Zakir Fərəcov son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Şəhər rəhbəri bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Sumqayıt şəhərində təhsil infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Yeni təhsil müəssisələri tikilərək istifadəyə verilib. Eyni zamanda mövcud təhsil müəssisələrində əsaslı təmir işləri aparılıb. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.

Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə məruzə ilə çıxış edərək Sumqayıt təhsilinin, abituriyentlərin əldə etdiyi uğurlardan danışıb.

Vurğulanıb ki, 2020-2021-ci dərs ilində Sumqayıt şəhəri ümumtəhsil məktəblərinin XI siniflərini 2920 nəfər məzun başa vurub. Məktəblərdə alınan ilkin məlumatlara əsasən onlardan 2475 nəfəri ali məktəblərə sənəd verib. Qəbul imtahanlarında iştirak edən məzunların 1794 nəfəri, yəni abituriyentlərin 72%-i ali məktəblərə qəbul olunub.Onlardan 150 nəfəri 600-dən çox bal toplamışdır ki, bu da ötən ilki göstəricidən 31 nəfər çoxdur. O cümlədən, 650-dən çox bal toplayanların sayı 40 nəfər olmuşdur.

Arzu Alızadə bildirib ki, 21 nömrəli məktəbin məzunu Quliyev Fuad Anar oğlu III ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticə – 680 bal toplayıb. 11 nömrəli məktəbin məzunu Şəfiyev Əbil Üzeyir oğlu isə I ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticə göstərərək 697 bal toplayıb. Təbiət elmləri təmayüllü gimnaziya və Texniki və təbiət elmləri liseyinin məktəbi başa vurmuş bütün məzunları ali məktəbə qəbul olunub və qəbul faizi 100% təşkil edib.

Qeyd olundu ki, ötən illə müqayisədə bu il ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq nişanla təltif olunan məzunlarımızın sayı da xeyli artıb. Belə ki, builki məzunlarımızın 22 nəfəri nişanla təltif olunub, onlardan 17 nəfəri qızıl, 5 nəfəri isə gümüş nişana layiq görülüb. Müqayisə üçün qeyd etmək lazımdır ki, ötən il nişanla təltif olunan məzunların sayı cəmi 12 nəfər olub, onlardan 9 nəfəri qızıl, 3 nəfəri isə gümüş nişan alıb. Göründüyü kimi, ötən illə müqayisədə nişanla təltif olunanların sayı 10 nəfər, o cümlədən qızıl nişan alanların sayı 8 nəfər artıb.

Sonda ali məktəblərə yüksək balla qəbul olunan tələbələrə qiymətli hədiyyələr təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Süleymanov Niyaz Mustafa oğlu
    Sentyabr 16, 2021 - 15:43

    Sumqayıt şəhərinin ümumtəhsil məktəbinin ali məktəblərə qəbul olunmuş məzunlarını ürəkdən təbrik edirəm. Təhsil işçilərinə və təhsil alanlara yeni dərs ilinin başlanması münasibətilə uğurlar arzulayıram. Yolunuz açıq olsun və qədəmləriniz Zəfər Yolu kimi Qələbəyə doğru daim müqəddəs və hamar olsun!

  • Qabil İsmayılov
    Sentyabr 17, 2021 - 08:21

    Sumqayıt şəhərinin bütün sahələrdə, əl-əlxsus da təhsil sahəsindəki uğurları hər zaman Respublikanın digər şəhər və rayonlarından qat-qat artıq olub. Bu işdə əməyi keçən bütün repititor, müəllim, valideyn və şagirdləri təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayıram. Şəhər İcra Hakimiyyətinin Başçısı başda olmaqla Şəhər ictimaiyyətinin nümayəndələrinə də bu məsələni diqqətdə saxladıqları üçün təşəkkür edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər