Zakir Fərəcova Həmkarlar İttifaqının döş nişanı təqdim edilib

5546

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 25 illik yubiley döş nişanını  ilə təltif olunub. Bu qərarı Konfederasiyanın İcraiyyə Komitəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Həmkarlar İttifaqının fəaliyyətinə yaxından köməklik göstərməsini nəzərə alaraq verib. Döş nişanı Sumqayıt şəhər İcra Hakimiyyətinin binasında baş tutan görüş zamanı Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov tərəfindən Zakir Fərəcova təqdim edilib.

Tədbirdə vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev demokratik idarəçilik prinsipi ilə fəaliyyətə başlayan Azərbaycan Həmkarlar İttifaqlarının möhkəmlənməsini və imicinin artırılmasını daim dəstəkləmişdir. 1994-cü ildə qəbul edilən “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu bunu tam təsdiq edir. Bu qanun cəmiyyətdə həmkarlar ittifaqının nüfuz və səlahiyyətlərini artırmış, onların sosial-iqtisadi problemlərinin həlli üçün möhkəm hüquqi baza yaratmışdır.

Qeyd edilib ki, Ümummilli Liderin inkişaf strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin həmkarlar ittifaqlarının sosial-iqtisadi məsələlərlə bağlı mövqeyini dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi qurumun həyatında xüsusi rol oynayıb.

Bu gün xalqın sosial rifahının yaxşılaşmasını özünün başlıca vəzifəsi hesab edən həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin əsas institutlarındandır və bu təşkilat olmadan yeni şəraitdə sosial-əmək münasibətlərinin nizamlanması qeyri-mümkündür. Həmkarlar ittifaqları iqtisadiyyatın inkişafı üçün işçilərin qanuni hüquqlarının müdafiəsinə yardım göstərir, demokratik dəyərlərin inkişaf etdirilməsində mühüm rol oynayır.

Son illər Sumqayıt şəhərində yeni iş yerlərinin açılması, işsizliyin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. Şəhərin social-iqtisadi inkişafı ilə yanaşı işçilərin hüquq və qanuni mənafelərinin müdafiəçisi olan həmkarlar təşkilatlarının fəaliyyətinin genişləndirilməsi də zərurətə çevrilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər