Zakir Fərəcovdan gəncləri sevindirəcək addım - SUMQAYITDA MÜASİR KİNOTEATR TİKİLİR

7025

“Sumqayıt şəhərində müasir texnologiyalara uyğun, ən yeni proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təchiz olunan, tamaşaçıların zövqünü oxşayan kinoteatrın olması vacibdir”.

Bu sözləri Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Nəriman Nərimanov küçəsində yerləşən Nizami kinoteatrındakı vəziyyətlə tanış olarkən demişdi.

sumqayitxeber.com xəbər verir ki, artıq kinoteatrın tikintisinə başlanılıb. Hazırda yararsız vəziyyətə düşən Nizami kinoteatrında söküntü işləri aparılır.

Qeyd edək ki, Nizami kinoteatrı keçən əsrin 60-cı illərində tikilib. Vaxtilə şəhər sakinlərinin ən çox üz tutduğu mədəniyyət ocaqlarından biri olub. İkimərtəbəli, 600 nəfərlik tamaşa zalı olan kinoteatrda bu günə kimi heç bir təmir aparılmayıb, avadınlıqlar, oturacaqlar yararsız vəziyyətə düşüb.

sumqayitxeber.com foto və video reportajı təqdim edir:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər