Mayın 11-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Zamin Bank” ASC-nin daha bir daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Xatırladaq ki, söhbət Sumqayıt şəhərinin 2-ci mikrorayonunda yerləşən 49,73 kv.m.lik 2 otaqlı mənzildən gedir. Əmlakra 70 300 manat qiymət qoyulub.