Zaur Əliyev Sumqayıt şəhər və Qubadlı rayon sakinlərini qəbul edəcək

521

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev martın 15-də Sumqayıt şəhər və Qubadlı rayon sakinlərini qəbul edəcək.

AZƏRTAC agentliyin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, qəbul Sumqayıt şəhərinin Heydər Əliyev prospekti, 43 ünvanında yerləşən Sumqayıt Tibb Mərkəzinin konfrans zalında (2-ci mərtəbə) saat 10:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Sumqayıt Tibb Mərkəzinin və Qubadlı Rayon Mərkəzi xəstəxanasının ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya agentliyin www.its.gov.az  rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər