Zaur Həşimov: “Danışıb dost kimi ayrıla bilərəm”

1260

Əslən sumqayıtlı olan “Qarabağ”ın müdafiəçisi Zaur Həşimov Sportinfo.az saytına müsahibəsində həm “Qarabağ”dakı son durumu,  həm də gələcək karyerası haqqında sualları cavablandırıb.  

– Zaur, artıq qış transfer pəncərəsinin açılmasına elə də çox müddət qalmayıb. “Qarabağ”dakı durumun da məlumdur, demək olar, oynamaq şansı qazanmırsan. Nə düşünürsən, komandadan getməklə bağlı planın yoxdur?

-Bilirsiniz, gərək konkret bir şey ola ki, gedəm. Təklifi nəzərdə tuturam. Çünki futbolda futbolçunun bir klunbdan başqa kluba keçməsi üçün dediyim şərt mütləqdi. Bu mənada təkrar olaraq, qeyd edirəm ki, hal-hazırda heç bir klubdan təkliflər almamışam. Təklif almadığıma görə də nə isə deməkdə çətinlik çəkirəm.

– Həqiqətən də, oturub dərindən analiz etsək, görərik ki, uzun müddətdir ki, Qurban Qurbanov sənə şans vermir. Bəs sən özün necə, oturub bu haqda düşünmüsənmi? Niyə baş məşqçi sənə şans vermir?

-Mən bu suala cavab verə bilmərəm. Bunu Qurban müəllim özü daha yaxşı bilər. Mən futbolçuyam və işim futbol oynamaqdır. Başımı aşağı salıb məşqimi edirəm və göstərirəm ki, oynamaq üçün hazıram. Ancaq hələ də mənə oynamaq şansı verilmir. Açığı, bununla bağlı Qurban müəllimlə söhbətimiz də olmayıb.

– Ümumiyyətlə, klubla müqavilən nə vaxt başa çatır? Bəlkə özün digər klublarla müqavilə haqda düşünəsən?

– “Qarabağ”la müqaviləm may ayında başa çatır. İndidən konkret nə isə deməkdə çətinlik çəkirəm. Gözləyək, görək nə olur. Şəxsən özüm “Qarabağ”da oynamağımı çox istəyirəm. Bu klub mənə doğmadır, baş məşqçi, futbolçularla yaxşı münasibətim var. Az öncə dediyim kimi, özüm də məşqlərimi edirəm və ilk növbədə çalışıram ki, aldığım pulun qarşılığını verəm. Digər kluba keçməkməsələsinə də bir daha qayıdaraq, qeyd edirəmki, bunun üçün ilk növbədə rəsmi təsklif olmalıdır. Hazırda konkret təklif də yoxdur ki, gedim orda oynayım.

– Belə başa düşdük ki, yaxşı təklif alsan “Qarabağ”ı tərk edəcəksən düzdür?

– Tərk etmək deyəndə ki, bu ifadə bir az düz çıxmır. Çünki dediyim kimi, “Qarabağ” mənə doğma klubdur, gözəl münasibətimiz var. Sadəcə, danışıb dost kimi ayrıla bilərəm. Mən açıq danışmağı sevən insanam. Əgər başqa klubdan təklif gəlsə və desələr ki, “Zaur gəl, biz sənə “Qarabağ”da aldığın puldan qismən az verəcəyik” gedərəm. Amma qismən az olsun da, yoxsa burda alıram 100 manat orda 30-40 manat verirlər, bunu qəbul etmərəm.

–  Sözlərindən həm də belə başa düşülür ki, “Qarabağ”da qalmağının bir səbəbi də burada maddi cəhətdən elə bir probleminin olmamasıdır. Görünür, “Qarabağ”da maaşını da vaxtlı-vaxtında alırsan.

– Bunu açıq demək istəyirəm ki, “Qarabağ” futbolçular önündə verdiyi vədləri yerinə yetirən klublarımızdan biridir. Bu barədə bizdə heç bir problem yoxdur. Mənim əsas işim çıxıb meydançada futbol oynamaqdır. Əgər bu gün mənə oynamaq üçün şans verilmirsə, məcburam oturum öz vaxtıəmı gözləyim. Bundan başqa, tək məşqlə kifayətlənmirəm. Eyni zamanda çalışıram ki, futbolçu kimi dəmotivasiyamı saxlayım, həvəsdən düşməyim. Futbolda belə şeylər olur, bir gün oynayırsan, bir gün ehtiyatda qalırsan. Əsas odur ki, futbolçu həvəsdən düşməsin, öz üzərində daim işləsin ki, nə vaxtsa şans veriləndə çıxıb özünü sübut edə bilsin.

– Heç ehtiyatda qaldığın dönəmlərdə hansısa klubla şifahi də olsun danışıq aparmamısan?

– Bildiyiniz kimi, bir ara zədə ilə bağlı da problemim oldu, bir müddət, üumiyyətlə, yaşıl meydançalardan uzaq düşdüm. Həmin ərəfədə başımzədəmi sağaltmağa qarışmışdı. Heç hansısa klubdan təklif filan da gəlməmişdi. O ki qaldızədədən qayıtdıqdan sonrakı dönəmə, açığı təklif olsaydı da belə, artıq gec idi. Çünki kiminləsə danışıq aparmağa vaxt olmayacaqdı.

– Uzun müddət oldu, artıq futbol oynamırsan. Necə düşünürsən, oyun praktikası sarıdan əziyyət çəkmirsən? Hər halda əziyyət çəkməmiş olmazsan…

– Mənim oynadığım mövqe elədir ki, nə qədər uzun müddət oynamasam da oyun praktikasından əziyyət çəkmərəm. Çünki çox vaxt olub ki, zədədən qayıtmışam, lakin çıxıb meydançada rahat öz oyunumu oynamışam. Sadəcə, çox az bir müddətli zamana ehtiyacın olur ki, tam olaraq kollektivə uyğunlaşasan. Digər mövqeyin futbolçuları kimi, uzun müddətli uyğunlaşma prosesinə ehtiyacın olmur.vbədə rəsmi təsklif olmalıdır. Hazırda konkret təklif də yoxdur ki, gedim orda oynayım. /Sportinfo.az/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər