Zavodda yeni kompüter sistemi quraşdırılıb

595

Texniki yeniləşmə və müasirləşmə kursunun uğurla davam etdirildiyi «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda bugünlərdə «Polimir-120» istehsalatının reaktor blokunun rejiminə və fəaliyyətinənəzarət üzrə müasir texnologiyalar əsasında yaradıl­mış yeni lokalkompüter sistemi quraşdırılmışdır. Yeniliyin tətbiqi istehsalatda gedən proseslərə 90-dan artıq parametr – o cümlədən xammal sərfi, məhsulun istehsal həcmi, reaktorda onun səviyyəsi, təzyiq, temperatur və s. üzrə dəqiqliklə nəzarət etməyə, bütün göstəriciləri qeydə almağa imkan verir.

İstehsalatın 25 il əvvəl – 1988-ci ildə istifadəyə verilmiş köhnə hesablama-maşın sistemi mənəvi və fiziki cəhətdən köhnəldiyindən və bugünün tələb etdiyi funksiyaları yerinə yetirə bilmədiyindən, həmçinin təmir zərurəti yarandığı hallarda müvafiq qovşaq və hissə­lə­ri tapılmadığından yeni və daha müasir texniki-nəzarət sisteminin yaradılma­sına böyük ehtiyac var idi. İstehsalatın 11 saylı sintez sexinin idarəetmə mərkəzində quraşdırılmış yeni sistemin tətbiqi ilə əvvəllər geniş yer tutan xeyli sayda könhə ölçü cihazları istismardan çıxarılmışdir.

Yeni nəzarət-ölçü sistemi böyük ölçülü monitor da daxil  olmaqla beş displey­dən ibarətdir və reaktor blokunun iki xətdən birinin parametrlərinə nəzarət, göstəricilərin sistematik ardı­cıllıqla və operativ şəkildə, həm də əvvəl olduğundan daha artıq dəqiqliklə qeydə alınması baxımından xüsusilə əlverişlidir. Onun əsas üstünlüklərindən biri də bütün parametrlər üzrə qrafik qeyd­ləri öz yaddaşında arxivləşdirərək, uzun müddət saxlamaq imkanına malik olmasıdır. Yeni sistemin bu keyfiyyəti para­metrlərlə bağlı tam dəqiq məlumat əldə etməyə və yarana biləcək hər hansı bir qəzanın qarşısını qabaqcadan və tamamilə almağa imkan verir.

Diqqətəlayiqdir ki, yeni sistemin operativ yaddaşı əvvəlki hesab­lama sisteminin opera­tiv yaddaşından dəfələrlə çoxdur. Yeni sistemin mükəmməl idarə edilməsi məqsədi ilə sexdə əvvəlcədən mühəndis kadrlarn müvafiq hazırlığı aparılmışdır.

İlin sonuna qədər istehsalatın ikinci texnoloji xəttinin də idarəetmə-nəzarət sisteminin müasir kompüter texnologiyaları əsasında yenidən qurulması nəzərdə tutulmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər