Zay məhsullar məhv edilir

761

Sumqayıt şəhərində istehlak mallarının qiymətinə və keyfiyyətinə nəzarət məqsədilə yaradılmış ictimai komissiya fəaliyyət göstərdiyi müddətdə ticarət obyektlərində, ərzaq və qida məhsullarının istehsalı ilə məşğul olan sahələrdə mütəmadi reydlər keçirir, maarifləndirmə işləri aparır.

Reydlər zamanı bir çox obyektlərdə nöqsanlar aşkar edilib, vaxtı keçmiş məhsullar aşkar olunaraq satışdan yığışdırılıb. Komissiya üzvlərinin iştirakı ilə şəhərin topdansatış və pərakəndə ticarət obyektlərindən vaxtı keçmiş, ev şəraitində hazırlanmış ümumilikdə çəkisi 225 kq olan 62 adda ərzaq və uşaq yeməkləri məişət tullantıları poliqonunda yandırılaraq məhv edilib.

İctimai komissiya tərəfindən reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər