Zeynal Nağdəliyev: Regionların sosial-iqtisadi inkişafı üzrə növbəti Dövlət Proqramında nəzərdə tutulan tədbirlər üzərində ciddi iş görülür

1200

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı növbəti Dövlət Proqramında nəzərdə tutulan tədbirlər üzərində ciddi iş gedir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev deyib.

Z.Nağdəliyev bildirib ki, proqramın icrası böyük məsələdir: “Burada hər bir maddə, hər bir tədbir üzərində ciddi iş görülür, hesablamalar aparılır, irəli sürülən təkliflərin mahiyyəti tam dolğun öyrənilir. Hər gün bu proqramın üzərində iş gedir”.

Prezidentin köməkçisi, həmçinin xaricdən idxal olunan məhsulların azaldılması məsələsinə də toxunub. Onun sözlərinə görə, xətt elə götürülüb ki, xaricdən alınan məhsulların çəkisi azalsın:

“Ona görə də ölkəmizdə aqroparkların, iri kənd təsərrüfatı müəssisələrinin yaradılması bu məqsədə xidmət edir. Xaricdən gələn məhsulların ümumi çəkisi yerli istehsal hesabına azaldılmalıdır. Bəzi məhsullar bu hal artıq nəzərə çarpacaq dərəcədə baş verib”.

Qeyd edək ki, 2019-cu il yanvarın 29-da Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər