Zülfüqar Yusifov: “Artıq 35-40 dərəcə istiliyin virusa öldürücü təsir göstərmədiyini bilirik”

1449

“Hətta bir qisim mütəxəssislər  ehtimal edir ki, koronavirus  yay mövsümündə daha da arta bilər”

Azərbaycanda koronavirusa yoluxma və virusdan ölüm halları artmaqda davam edir. Yoluxma sayının hər keçən gün daha da artması ilə bağlı ölkədə xeyli xəstəxana məhz koronoviruslu xəstələrin müalicəsi üçün ayrılıb. Yayılan informasiyalara görə, artıq xəstəxanaların reanimasiya şöbələrində yer tapmaq müşkül məsələyə çevrilib, təcili yardım xidməti müraciətləri çatdıra bilmir və sairə. Bəzi mütəxəssislər prosesi virusun ikinci dalğası kimi qiymətləndirir.

Qeyd edək ki, bir sıra ölkələrdə virus artıq səngiməyə başlayıb. Bu səbəbdən bəzi ölkələr hətta müəyyən şərtlər daxilində turistlər üçün sərhədlərini açıq elan edib. Onların arasında İspaniya, Ukrayna, Xorvatiya və digərləri var.

Bəziləri hesab edirdi ki, qızmar yay mövsümü başlayar-başlamaz virusun da artması səngiyəcək. Lakin ehtimalların əksi baş verdi. Hətta dünya alimləri iddia etdi ki, virus 90 dərəcə istidə və mənfi 40 dərəcə soyuqda da  yaşaya bilir.

Beləliklə, Azərbaycanda niyə virusa yoluxma artmaqda davam edir?

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı ...

Mövzu ilə bağlı həkim Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Dəfələrlə bu barədə danışmışıq. Əslində baş verən prosesin təməlində karantindən əvvəl yaşanan sıxlığın dayandığını düşünürəm. Yəni karantin öncəsi baş verən  sıxlıq. Xatırlayırsınızsa, karantindən öncə ərzaq alan insanlar arasında sıxlıq yaşanmışdı.

Digər tərəfdən, virusun bu qədər çox yayılmasının əsas səbəblərindən biri də vətəndaşların məsələyə məsuliyyətsiz yanaşması ilə bağlıdır. Müşahidə edirik ki,  hələ də insanların böyük əksəriyyəti işin ciddiyyətini tam hiss etmir, virusdan qorunmaq əvəzinə onu fərqli-fərqli oyunlar, siyasi gedişlərlə bağlayırlar. Nə qədər belə olarsa və biz tibbi maskadan düzgün istifadə etməsək, məsafə saxlamasaq, gigiyenik qaydalara düzgün əməl etməsək bu artım daha da çoxalacaq.

Müşahidə edirik ki, ictimaiyyətdə maska taxanların sayı azdır. Bəzi maska taxanlar isə bunu yalnız görüntü naminə, cərimə olunmamaq üçün edir. Həmçinin çox az halda sosial məsafənin gözlənildiyinin şahidi oluruq. Bütün bunlar virusun geniş yayılmasına şərait yaradır”.

Zülfüqar Yusifov koronavirusun isti havada da geniş yayılmasından söz açıb:

“Bəli, əvvəllər ehtimallar var idi ki, yay mövsümündə, isti havada virus səngiməyə başlayacaq. Amma bu heç bir elmi əsaslarla təsdiqlənmədi. Hətta bir qisim mütəxəssislər  ehtimal edir ki, koronavirus  yay mövsümündə daha da arta bilər. Artıq 35-40 dərəcə istiliyin virusa öldürücü təsir göstərmədiyini bilirik.

İsti hava şəraitində  insanların hərəkətliliyi artır, ünsiyyət çoxalır,  bu baxımdan da virus daha çox yayılmağa başlayır. Buna görə də bütün qaydalara məsuliyyətlə əməl etmək lazımdır”.

Hardasan, Cəlal İsayev? - Baş infeksionist mətbuatdan niyə yan gəzir?

 Cəlal İsayev: “Bunu ikinci dalğa hesab etmək doğru deyil”

Ölkənin baş infeksionisti Cəlal İsayev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son vaxtlar virusun geniş yayılmasını ikinci dalğa kimi qəbul etmək doğru deyil:

“Bunu ikinci dalğa hesab etmək doğru deyil. Sadəcə, insanların məsələyə məsuliyyətsiz yanaşması, deyilən qaydalara düzgün əməl etməməsi virusun daha da geniş yayılmasına səbəb oldu.

Əvvəl biz də ehtimal edirdik ki, yay mövsümü başlayanda virus səngiməyə başlayacaq. Lakin gördüyünüz kimi, virusla mübarizə davam edir. Bu da onu göstərir ki, biz koronavirusun hələ çox xüsusiyyətlərindən xəbərdar deyilik. Buna görə də hər zaman ehtiyatlı olmalı, maska taxmalı, sosial məsafə gözləməliyik

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər