1 manata obyekt satılır – Foto

766
Bakının Nəsimi rayonunda əla təmirli obyekt sahibi tərəfindən satışa çıxarılıb.
Rayonun Ruhulla Axundaov 25, Mirəli Qaşqay kücəsinin kəsişməsində yerləşən obyektin satışı ilə bağölı elan Emlak.az saytında yerləşdirilib. 60 kvadrat metr sahəsi olan tikili 1 mərtəbədən ibarətdir. 2 otaqlı böyük, geniş, işıqlı, təmirli, işlək yolun kənarında yerləşən obyektin sanuzel ve kuxnası da var. İstənilan təyinatda istifadəyə yararlı olan obyekt təcili olaraq cəmi 1 manata satışa çıxarılıb.
Xatırladaq ki, Azərbaycanda artıq bu satış praktikasından istifadə çoxalmağa başlayıb. Belə ki, yüksək dəyəri olan mülk müəyyən dövr ərzində simvolik qiymətə satışa təqdim edilir. Mülkü əldə etmək istəyənlərin (bir şəxs istədiyi qədər sifarişçi ola bilər) sayı mülk sahibini qane edən səviyyəyə çatdıqdan sonra onların arasında onlayn lotereya oynanılır.
Qalib ödədiyi cüzi məbləğ qarşılığında villaya sahib olur, villa sahibi isə lotereyadan toplanan vəsaitlə mülkünün dəyərini əldə edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər