10-ci sinif şagirdi qaz borusuna görə adam öldürdü – TƏFƏRRÜAT

1113

Abşeron rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə mülk üstündə baş verən münaqişə nəticəsində törədilib.

 

Məlumata görə, 1996-cı il təvəllüdlü Orxan Zamanovla 1980-ci il təvəllüdlü Famil Usubov arasında münaqişə yaranıb. Belə ki, Orxangilin ailəsi Familgilin həyətindən qaz borusu çəkiblər. Sonradan Familgilin ailəsi həmin qaz borusunu kəsərək götürüb. Orxan Familgilə gedərək, məsələni aydınlaşdırmaq istəyib. Onların arasında yaranan mübahisə böyüyərək davaya çevrilib. Əsəblərinə hakim ola bilməyən 10-cu sinif şagirdi Orxan Zamanov özündən 16 yaş böyük Famil Usubova bıçaqla zərbə endirərək, onu qətlə yetirib.

 

 

***

 

10:58

 

Abşeron rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Güzdək qəsəbəsi, “Quşçuluq” massivində qeydə alınıb. 1996-cı il təvəllüdlü Orxan Zamanov münaqişə zəminində 1980-ci il təvəllüdlü Famil Usubovu bıçaqla qətlə yetirib. O. Zamanov barəsində Cinayət məcəlləsinin 120.1 (qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi açılıb.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər