13 yaşında məktəbi atıb, şirkət qurdu: indi milyonlar qazanır (FOTOLAR)

217
Şotlandiyanın Qalqou şəhərində yaşayan Liv Oliviya Kanlon adlı gənc qadın 21 yaşı olmasına baxmayaraq, milyonlar qazanır.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, onun uğur hekayəsi məktəb yoldaşlarından  pis münasibət görməsindən sonra başlayıb. 13 yaşında məktəbi atan Oliviya Çindən aldığı dırnaq qaynaqlarını internetdə sataraq ticarətə başlayıb və kiçik yaşda 5 min funt sterlinq qazanıb. Nəhayət 19 yaşında boş evləri maliyyə dəstəyi olmadan yeniləməyə kömək edən “The Property Stagers” adlı şirkətini yaradıb. Anasının mülkünü 3 ay boyunca sata bilmədiklərindən evin təmirini üzərinə götürən Liv 3 gündə mülkün satılmasını təmin edib. Şirkətin ideyası da məhz buradan ortaya çıxıb.
İlk ili 30 min sterlinqlə başa vuran Liv ikinci il 1 milyon qazanıb. İldə 300-dən çox sifariş alan gənc qız anası və qardaşını da işə götürərək 10 nəfərlik komanda yaradıb. Qazandığı pulla təkotaqlı evini yenidən dizayn edən və dəyərini 100 min sterlinqə çıxaran Liv bütün bunlara ailəsinin dəstəyi olmadan nail olub.
“Həyatım boyu müstəqil hərəkət etmək, özümə aid bir şirkət qurmaq istəmişəm. 8 yaşım olanda belə… Məktəb illərimdə daim kobudluğa məruz qalırdım deyə bezib təhsilimi yarıda qoydum. Xəyalımdakı şirkətimi qurmaq üçün çalışdım. İndi düşünürəm ki, məni məruz qaldığım pis rəftarlar gücləndirərək bu nöqtəyə gətirib. İnsanlar sadəcə milyonçu olduğumu düşünür, amma böyük miqdarda da maaş ödəyirəm. Gəlir əldə etmək üçün çox düşünürəm. Lakin maliyyə baxımından rahatam. İlk mülkümü 18 yaşımda almışam. O vaxtdan bəri çox sayda ev satmışam və indi lüks malikanənin və Range Rover markalı avtomobilin sahibiyəm. Anam şirkətdə önəmli rol oynayır. O, olmasaydı, bunu bacara bilməzdim. Ötən il İngiltərənin ən gənc sahibkarı seçildim. İnsanlar 21 yaşım olduğunu öyrənəndə təəccüblənirdilər. Amma gənclər bir şeyi bilməlidirlər ki, yaxşı fikirləri varsa, yaş onu gerçəkləşdirməyə əngəl deyil. Özünüzə inanırsınızsa, hər şey mümkündür”, – deyə o, bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər