2 nömrəli Sumqayıt şəhər xəstəxanasının tikintisində son tamamlama işləri aparılır

1373

ötən illər ərzində Sumqayıt şəhərində digər sahələrdə olduğu kimi səhiyyə sektorunda da genişmiqyaslı işlər həyata keçirilib. Səhiyyənin inkişafı ilə bağlı Sumqayıt şəhərində həyata keçirilən məqsədyönlü işlər əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində irəliləyişlər əldə etməyə imkan verib.

2 saylı Sumqayıt şəhər xəstəxanası uzun müddət istismar olunması nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək gücündə deyildi. Xəstəxananın yararsız vəziyyətdə olması bu tibb müəssisəsinin yenidən qurulmasını zəruri edirdi. Bunu nəzərə alaraq Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında Sərəncam imzaladı.

Tikinti işlərinin əsas hissəsi artıq yekunlaşıb. Bu il ərzində xəstəxana şəhər sakinlərinin istifadəsinə veriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər