2010-nun ən yaxşı peşələri

1489

ofis_goruntusu_317ABŞ-ın ən böyük iş axtarma portallarından biri olan “careercast.com” 2010-cu ilin ən yaxşı və ən pis peşələrini müəyyən edib. Amma bu il siyahıda adətən “ən yaxşılar” siyahısında görməyə adət etdiyimiz peşələr demək olar ki, yoxdur.

İqtisadi böhranı, ixtisarları nəzərə alaraq hazırlanan siyahıya bu dəfə həm geniş kütləni əhatə edən, həm sağlamlığı riskə atmayan, az stresli, yaxşı iş şəraiti, müntəzəm gəlir gətirən və böyümə potensialı olan işlər daxil olub.

Belə ki, bu ilin ən yaxşı işi kimi sığorta mütəxəssisi seçilib. Daha az fiziki güc, az stresli olması və yaxşı iş şəraiti olduğu üçün bu iş yeri birici olub.

Növbəti yerlərdə isə kompyuter mühəndisi, bioloq, tarixçi, riyaziyyatçı, vəkil köməkçisi, mühasib, diş həkimi kimi peşələr gəlir.

Portalın ən yorucu və ağır peşə kimi seçdiyi iş gəmiçilikdir. Buna səbəb bu peşə sahiblərinin çox tez yuxudan durması, gündə 12 saata yaxın iş vaxtı, təhlükəli iş şəraiti, şəxsi həyata vaxt ayırmamaq imkanı, fiziki güc tələb etməsi və illik gəlirin az olmasıdır. İlk üçlükdə isə odunçu və dəmirçi peşəsi yerləşir. “Ən ağır işlər” siyahısında sağıcı, qaynaqçı, zibil yığan, taksi sürücüsü, inşaat işçisi, santexnik, poçtalyon və digər peşələr var. ANSPRESS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər