Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Sumqayıtda qeyd edilib

1648

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.
İştirakçılar ilk öncə Ulu Öndərin abidəsi ziyarət etmiş, Mərkəzin foyesində isə Ümummilli Liderin şərəfli həyat yolundan bəhs edən filmi izləyiblər.
Dəyirmi masa zalında davam edən tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən, xilaskarlıq, quruculuq kimi öndərlik missiyasından, dövlət gənclər siyasətindən, gənc nəslə diqqət və qayğısından danışmışdır. Natiq həmçinin çıxışında Heydər Əliyevin ölkəmizdə bütün sahələrin inkişafı istiqamətində misilsiz xidmətlər göstərdiyini, Sumqayıta səfərlərini və bu səfərlərin şəhərin tarixində dərin izlər qoyduğunu, bütün sahələrdə canlanmaya və hər tərəfli inkişafa səbəb olduğunu qeyd etmişdir.
Digər çıxış edənlər Sumqayıt şəhər Bələdiyyəsinin sədri Soltan Əsədov, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Bölməsinin sədri Mətanət Məhərrəmova bildirdilər ki, Ümumilli Lider Heydər Əliyevin fəaliyyəti xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər