Sumqayıtda inşaatçı Şakir Həsənovun xatirə lövhəsinin açılışı olub

337

Sumqayıtda Beynəlxalq Sokrat mükafatı laureatı Şakir Həsənovun xatirə lövhəsinin açılışı olub.

Azərbaycanın tanınmış inşaatçısı, əmək ordeni və tərəqqi medalına layiq görülmüş Həsənovun lövhəsi yaşadığı binaya vurulub. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev onun həyat yolu haqqında danışıb.

Qeyd edək ki, Şakir Həsənov 15 iyun 1947-ci ildə Masallı rayonunun Borodigah kəndində ziyalı ailəsində anadan olub. 1954-cü ildə həmin kəndin məktəbinin 1-ci sinfinə gedib, 1965-ci ildə orta məktəbi bitirib. O, Sumqayıtın ictimai siyasi həyatında fəal iştirak edib.

1988-ci ildən başlayaraq Azərbaycan SSR Tikinti Quraşdırma Nazirliyinin Sumqayıt Termoizolasiya QSC-də rəis vəzifəsinə təyin edilib. 1990-1995-ci illərdə Sumqayıt şəhər Sovetinin deputatı olub. O, 75 yaşında dünyasını dəyişib.

Sonda diqqətə çatdırılıb ki, Şəlalə Şakir qızı tərəfindən Azərbaycanda yerləşən iki muzeydə Şakir Rəfi oğlu Həsənovla bağlı guşə yaradılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər