40 ildir uçmayan “Göyərçin” - XƏZƏRİN SAHİLİNDƏN - REPORTAJ

2966

Göyərçin abidəsi Sumqayıtın əsas memarlıq abidələrindən biri olmaqla yanaşı, şəhərin əsas simvollarından da hesab edilir. Bu abidə Sumqayıt şəhərinin əmin-amanlıq, sülh şəhəri olmasını simvolizə edir.

70 yaşlı Sumqayıtın əsas rəmzi sayılan və şəhərin Sülh küçəsində yerləşən “Sülh göyərçini” abidəsi 1978-ci ildə dənizkənarı parkda ucaldılıb. Heykəlin ətrafından şəhərin və dənizin gözəl mənzərəsini seyr etmək mümkündür. Onun müəllifləri 50 illik təcrübəyə malik monumentalist rəssam, əməkdar incəsənət xadimi Vaqif Nəzirov və rəssam-heykəltəraş Asim Quliyevdir. Abidə bütün xalqları sülhə çağırışın bir növ simvoludur. Məhz sənaye şəhəri kimi formalaşan Sumqayıtda müxtəlif millətlərin nümayəndələri yaşayıb, abidə də onların dostluq şəhərində birgə əməyi və mehribanlığını tərənnüm etmək üçün ucaldılıb: “Abidəni 1978-ci ildə axıra çatdırdıq, Sülh küçəsi ilə Nərimanov küçəsinin kəsişməsində. Bu yanlarda o vaxt raketlər qoyulmuşdu. Mən onları götürtdüm. Etiraz edənlər oldu.

Dedim Sülh küçəsində raketlərin nə işi var? Və bu abidə yarandı”.
Müəllif deyir ki, abidənin dünyada analoqu yoxdur. Vaqif Nəzirov Moskvadan gələnlərin SSRİ dövründə Azərbaycanda çox abidələr gördüyünü, lakin buna vurulduqlarını etiraf etdiklərini deyir: “Heç yadımdan çıxmaz, abidə təzə qoyulandan az sonra bir qoca bir rus sakin var idi. Nəvəsi ilə gəlmişdi, abidənin mənasını uşağa başa salırdı. O heç yadımdan çıxmır. Yəni uşaqdan tutmuş böyüklərə qədər, turistlər də daxil hamının xoşuna gəlirdi. Açığını deyim ki, bunun üzərində işləyəndə mən heç bu reaksiyaları gözləmirdim. Əziyyətlər hədər getmədi”.

“Sülh göyərçini” gözəlliyi ilə sakinləri də cəlb edir. Abidənin yerləşdiyi Nəsimi parkı hər gün sakinlərin asudə vaxtlarını keçirdiyi istirahət məkanlarından biridir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər