50 faiz əhali maska taxarsa, ikinci dalğadan xilas ola bilərsiz – ALİMLƏR

965

Koronavirus pandemiyası ilə mübarizədə təkcə sərt karantin tədbirləri yetərli deyil.

İkinci dalğadan yalnız hər kəsin, hamının kütləvi maska taxması ilə xilas olmaq mümkündür.
Medicina.az xəbər verir ki, bu barədə Kembric və Qrinviç Universitetinin alimləri elmi tədqiqat aparıb.

Alimlər virusun insanlar arasında yayılmasını əks etdirən müxtəlif ssenarilər modelləşdiriblər və hansı qorunma tədbirinin effektiv olmasını bu model üzərində sınayıblar.

Məlumdur ki, pandemiyanın zəifləməsi üçün virusa yoluxduracaq insanların sayı 1,0 rəqəmin altında olmalıdır.

Bu rəqəmə isə yalnız əhalinin kütləvi ictimai yerlərdə maska taxması ilə mümkündür.

Nə qədər çox insan maska taxarsa, yoluxdurma qabiliyyətli xəstələrin sayını 1faizdən aşağı endirmək mümkündür. Bir ölkədə əhalinin heç olmasa 50% maska taxarsa, karantinsiz ikinci dalğanı yola vermək olar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər