70 yaşlı Sumqayıtın simvolu – VİDEO REPORTAJ

1301


Şəhərlər çox zaman simvolları ilə tanınırlar.Eyfel qülləsi deyəndə Paris yada düşür, ya da Azadlq heykəli Nyu Yorkun, Kreml Moskvanın, Brandunburq qapıları Berlinin, Qız Qalası Bakının visit kartıdır. Bu il 70 yaşı tamam olan Sumqayıt şəhərinin simvolu isə məşur Sülh Göyərçini abidəsidir. Abidə 40 il əvvəl qoyulub.

Sumqayıtın əsas rəmzlərindən sayılan “Sülh göyərçini” abidəsi 1978-ci ildə dənizkənarı parkda ucaldılıb. Heykəlin ətrafından şəhərin və dənizin gözəl mənzərəsini seyr etmək mümkündür. Onun müəllifləri 50  illik   təcrübəyə malik monimentalist rəssam, əməkdar incəsənət xadimi Vaqif Nəzirov və rəssam-heykəltəraş Asim Quliyevdir. Abidə bütün xalqları sülhə çağırışın bir növ simvoludur. Məhz sənaye şəhəri kimi formalaşan Sumqayıtda müxtəlif millətlərin nümayəndələri yaşayıb, onların dostluq şəhərində birgə əməyi və mehribanlığını tərənnüm etmək üçün ucaldılıb. Müəllif deyir ki, abidənin dünyada analoqu yoxdur. “Sülh göyərçini” öz əsrarəngiz gözəlliyi ilə sakinləri də özünə cəlb edir. Hazırda onun yerləşdiyi Nəsimi parkı  sakinlərin asudə vaxtlarını keçirdiyi istirahət  yerlərindən biri sayılır və  insanların görüş məkanına çevrilib. Sumqayıt şəhərinin rəmzi hesab olunan “Sülh göyərçini” abidəsi 2008 və 2013-cü illərdə rekonstruksiya edilib. İllər keçəcək, şəhərin siması dəyişsə də “Sülh göyərçini” nəsillərdən nəsillərə ötürüləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər