Varis “Bir ovuc torpaq”la qayıtdı

3862

f55961d46b6fVüsal MƏMMƏDOV

… Bir gün orada ovcunu bütün gücü ilə sıxmış və nəsə pıçıldayan bir qoca görəcəksən. Ona ovcunu bərk-bərk yummuş qara libaslı gənc bir qadın da yaxınlaşacaq.
Onlar dinməz-söyləməz bir-birinə baxa-baxa ovuclarını açacaqlar. Ovuclarından yerə torpaq səpələnəcək…Qəfildən bu torpaq dənələri yerə çathaçatda dayanacaq, havada donub qalacaqlar…
Sonra dənələr havadaca birləşib yenidən ovuca sığışdıqları əvvəlki görkəmlərini alacaq, bir ovuc torpaq olacaqlar.
Gözlərinə inanmayacaqsan. Ancaq görəcəksən ki, havadan asılmış bir ovuc torpağın yerə kölgəsi də düşür…

Budur, ötən ilin noyabrında “Sonuncu ölən ümidlərdir” romanı ilə ölkənin ədəbi mühitində böyük rezonans yaradan tanınmış jurnalist Varis bu ilin son günlərində yenidən oxucularının görüşünə qayıtdı – “Bir ovuc torpaq”la – müəllif yeni romanını məhz belə adlandırıb. Əsasən real hadisələrə söykənən əsərdə vətənpərvərlik və sevgi motivləri, eləcə də cinayətkar aləmin yaşantıları önə çəkilib.

Adətən kitaba ön sözü kimin yazdığı kitab haqda ilkin təəssüratı yaradan elementlərdən biri hesab olunur. Varisin ilk kitabı çox nüfuzlu bir imza ilə açılırdı – Azərbaycan Xalq Yazıçısı İsmayıl Şıxlının 90-cı illərdə onun yaradıcılığına verdiyi qiymət ön söz ampluasında lap yerinə düşmüşdü.
İkinci kitabda – “Bir ovuc torpaq” romanında isə müəllif bir ilkə imza atır – ilk dəfə oxucular ön sözün müəllifinə çevrilir. Birinci romanla bağlı rəyini göndərən yüzlərlə oxucu öz məktubunun, əsasən SMS-lərdən ibarət olan məktubların ön söz olaraq ikinci kitabda yer alcağını çox yəqin ki, heç ağlının ucundan da keçirmirdi. Yazıçı isə 1500-ə qədər məktub məllifinə hörmətin ifadəsi olaraq etdiyi jestlə həm yeni bir ənənənənin əsasını qoydu, həm də yazıçı-oxucu münasibətlərində bəlkə də YENI MƏRHƏLƏYƏ BAŞLANĞIC vermiş oldu…
Ən maraqlısı isə budur ki, ön sözün müəllifinə çevrilmiş oxucular arasında istənilən ranqda, istənilən çəkidə insan var – millət vəkili, professor, yazıçı, şair, jurnalist, müəllim, tələbə, əsgər, sadəcə, ümidsiz kişi və hətta yolunu azmış qadın…

“Məncə, səsboğucu qurğusu olan tapançadan açılan atəş ölümə tuş gəlmiş insana daha az əziyyət verir”…”Yaşamaq üçün unutmaq, unutmaq üçünsə ölmək lazımdır”…”Və ən pisi odur ki, bəzən xoşbəxtliyi bir başqasının əlindən zorla almağa məcbur olursan”…
Oxumaq heç vaxt zaman itkisi deyil – elə yazılar da var ki, onlar bəzən zamandan da bahadır…

YAZARIN ÖNCƏKİ YAZILARI

“168 saat”ın mətbəxindən qısa reportaj

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • imran
    Dekabr 26, 2009 - 23:35

    Vüsal bəy, siz böyük müvəfəqiyyətlə iri kitab nəşriyyatinda menedjer kimi çalişa bilərsiniz,çünki təqdimat uğurludur.

  • imran
    Dekabr 26, 2009 - 23:36

    Vüsal bəy, siz böyük müvəfəqiyyətlə iri kitab nəşriyyatinda menedjer kimi də çalişa bilərsiniz,çünki təqdimat uğurludur.

  • kamal-33
    Dekabr 27, 2009 - 12:33

    Vüsal bəy. yaziniz əladir. Varis bəyin, isə kitabina gəldikdə, kitabi sentiyabr ayinda çixmali idi gecikib.Yəqin bu kitabda çox maraqli olacaq. Türklər demişkən ekibinize uğurlar. Yazan qələminizin mürəkkəbi qurumasin.

  • Vefa
    Dekabr 27, 2009 - 12:51

    Vusal m yaxsi olardi ki, yazardiniz, Kitabi hardan ala bilerik?

  • kamal-33
    Dekabr 27, 2009 - 17:13

    Vüsal bey, Əyər Elvin bəy, qonarardan imtina edirsə, əvəzinə mən məmuniyətlə ala bilərəm.Bu təklifdən sonra çətinki, Elvin bəy redaksiyadan ayrilsin.

  • Vusal M.
    Dekabr 30, 2009 - 12:35

    Sherhlerinize gore teshekkurler…
    Qaldi, kitabi nece elde etmeye, baki ve Sumqayitin kitab magazalarindan sorusha bilersiniz…

  • ANTI
    Yanvar 2, 2010 - 12:50

    Çox təəssüf ki, Varisin çox məşhur, şöhrət qazanmış “Sonuncu ölən ümidlərdir” kitabını yalnız bu günlərdə əldə etmişəm. Hələ bir neçə səhifə oxumuşam. Çox xoşuma gəlir. İnşallah, bunu oxuyub bitirən kimi “Bir ovuc torpağ”ın da dadına baxarıq.

  • teymur
    Mart 12, 2010 - 19:39

    varisin bir ovuc torpaq kitabinin elektron versiyasi yoxdurmu? eyer varsa upload edersinizse, virtual oxucularinizi sevindirmish olarsiniz!
    teshekkut edirik!…

  • vusal
    Mart 13, 2010 - 18:50

    Teymur bey, Varisin 1-ci kitabinin elektron versiyasini elde etmek mumkundur – yeqin ki,Eyvaz bey de yaxin gunlerde bu telebati nezere alacaq. O ki qaldi ikinci kitaba, onun elektron mediada tam halda yerleshdirilmesini kitabin piar ishin heyata keciren komanda helelik meqsedeuygun saymir…

  • Chinare
    Mart 25, 2010 - 15:30

    O gun parixmaxirda qizlar 168 saatda Varisin yeni serialinin getdiyini dediler. yaxshi olardi,saytda da olsun,ordan oxumayanlar burdan oxusunlar…

  • AYNUR MELIKOVA
    Fevral 14, 2011 - 16:43

    1-ci ve 3-cu kitablari oxudum. Heyf ki, “Bir ovuc torpaqi” tapa bilmedim. Elektron versiyasi olsaydi,memnuniyyetle oxuyardim.

  • AYNUR MELIKOVA
    Fevral 14, 2011 - 16:51

    Varisin kitablarini oxuduqca,oz heyatimdan o qeder strixler gorurem ki…
    Ayriliq dayanib astanamizda
    Bir furset axtarir ayirsin bizi.
    Qefilden rast dusub yollarimiz da
    Biz ki,yazmamisiq taleyimizi

  • Təranə
    Mart 10, 2011 - 21:12

    iki kitabını oxumuşam,çox gözəldir. bir ovuc torpağı omumamışam… TƏƏƏSSÜF.

  • nermin melikzade
    Avqust 6, 2012 - 19:12

    “Yetmis yetdinci gun” ve “Bir ovuc torpaq” oxumusam.cox gozel eserlerdi

  • Gullu
    Yanvar 15, 2013 - 14:27

    “Bir ovuc torpaq” “Ezilmisfotosekiller”ve “Sene inaniram” romanlarini oxumuwam cox tesirli idi bu yaxinlarda “Bir ovuc torpaq” romaninin seriali cekilir ama mence oyuncular coxda eserde tesvir edilen kimi deyil.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər