Mən “2 dəqiqəyə” sübut edərəm ki, bizim cəmiyyət zay cəmiyyətdir. Diqqət edin, əlbət siz də müşahidə etmiziniz ki, bizdə haqdan-halaldan dəm vurmaq çox populyar bir şeydir. Ancaq, siz məsələn heç rast gəlmiziniz ki, kimsə bir kasib ailə, onun başçıları-valideyinlər, qızlarının varlı bir oğlana , (bu hal əksinədə ola bilər) kişiyə ərə getməsinə razı olmamasını onun ilə əsaslandırsın ki,oğlan tərəfinin ailəsinə haram pul gəlir, rüşvət ilə dolanırlar. Və ya çox nadir hallarda bizdə hansısa usta hansısa məmurun, polis rəisinin, nazirin , direktorun maaşi ilə yox, haram yollarla pul qazandiğina görə onun üçün böyük miqdarda pul müqabilində belə iş görməsin, onlarin evini, bağını, dükanını təmir etməsin, tikməsin. Əksinə, bizdə insanlar öz qızlarının belə imkanlı adamlara, vəzifə sahiblərinə, onlarin övladlarına ərə getməsinə çox sevinir. Hətta bununla fəxr edirlər. Belə olan halda bizim, rastlaşdiğimiz haqsızlıqdan, korrupsiyadan şikayət etməyə mənəvi haqqımiz yoxdur.
***
Ədalətli qanunlar prezident qarışıq, vətəndaşin cibində yox, qəlibində gəzdirilməlidir.
***
Bizdə “Baliq başdan iylənir“ fikri çox populyardir. Bu deyim çox orjinal səslənsə də əslində riyazi cəhətdən məntiqsiz bir fikirdir. Çünki, başdan iylənmiş balığın elə qalan hisəsi də yemək üçün yarasiz olduğundan , onu, həmin başi kəsib atsan belə bununla iş düzəlmir. İylənmiş baliq ilə bağli deyim məcazi mənada deyilsə belə, bu anlamda da məntiqə dözmür. Bizə təzə cəmiyyət – “təzə baliq ” lazimdir və elə etmək, çalişmaq lazimdir ki, o daima suda-hüquqi mühitdə olsun. ***
Birdəfəlik başa düşmək lazımdır ki, əgər Almaniyada adı pensiyaçı 1200 avro pul alırsa, bu təkcə Almaniyanın bizdən iqtisadi cəhətdən üstün varlı olmasından irəli gəlmir. Əsas həll edici məqam fərq odur ki, biz ilk növbədə əksəriyyət etibari ilə almanlardan şüur cəhətdən kasıbıq və bu sarıdan qətiyyən varlanmaq istəmirik . Əvəzində isə digər yol ilə , daha çox qonşunun , qohumun, tanişin pisliyin, əclafligin, rüşvətin, bəxtin hesabina varlanmaq istəyirik. Ancaq iş orasindadir ki, düşüncə cəhətdən varli olmayanacan, hətta neftimiz çox olsa belə çətin ki, vətəndaşlarinin maddi rifahi yaxşi olan ölkəyə çevrilək. Bizdə olan neft amili müəyyən mənada mənə narkotik maddə aludəçisi olan narkomani xatirladir; onun pulu gəliri nə qədər çox olsa belə həm sağlamlığı, həm də maddi vəziyyəti tez bir zamanda acı aqibətlə üzləşir.
YAZARIN ÖNCƏKİ YAZILARI
Bеthоvеn, Mаnаf Аğаyеv, Qаrаbаğ üçün 500 mаnаt, Zаmin Hаcıyа məktub və…
АFFА Zirəddin Rzаyеvlə nеcə əməkdаşlıq еdə bilər?
«Аrzu Trаmvаyı» və yа bir dəfə Sumqаyıtdа
Imran bəy, yaziniz yaxşidir ancaq, axirinci cümlənin necə qurtarmasi maraqli qaldi.Baliqa gəldikdə isə, bizdə iylənmiş baliq atilmasin deyə,tez duza qoyurlar. Ola bilsin əhalimizi də duza qoyublar.
Imran müıllim hımişəki kimi gözəl fikirlərinizlə bizi tanış etdiyiniz üçün təşəkkür! SÜKANI BELƏ SAXLAYIN!
Imran men bele basa dusdum ki,bizde senin dediyin kimi bizde yazilmislardansa yazilmamis qanunlar daha coxdur.Ele belkede buna gore adamlar ozlerini yungul(rahat)hiss etsinler deye qanunlarin agirligini dasiya bilmeyeceklerinin qorxusundan bu yukun altina girmirler.O ki,qaldi Almaniya ile Azerbaycan pensiyacilarinin ferqine mence bunlari muqaise etmesek daha dogru olar cunki,inkisaf etmis olkelerin coxsunda icinde Almaniyada olmaqla qocalara pensiyani ona gore verir ki,ozlerinin rahatligini temin etsin.Bizde ise onlardan ferqli olaraq pensiyani gozden perde asmaq ucun verirler.Qocalar ise aldiqlarindanda artiq her ay komunal sahelere verirler.
Hər bir düşüncəli adam bunu dərk edir ki,bizdə ədalətli qanunlar çoxdur.Ədalətli qanunlar çox olduğu halda onlardan da daha çox ədalətsiz insanlarimiz (məmurlarimiz) var.Elə buna görə də bu tip insanlar özlərinin “rahatlığını” siğortalamaq üçün qanunların ağırlığını hiss edib bu qanunları qəlblərində daşımaqdan qorxurlar.Pensiya məsələsinə qaldıqda isə məncə Almaniya ilə Azərbaycanı müqaisə etməsək daha yaxşı olardı,çünki Almaniyada və bir çox inkişaf etmiş ölkələrdə qocalara pensiyanı rahat yaşamaq üçün verirlər amma bizdə isə pensiyanı gözdən pərdə asmaq üçün.Qocalar aldiqlari pensiyadan daha çox kommunal xidmətlərin pulunu verirlər.
İmran bəy salam.Çox gözəl yazırsınız.
düşünürəm ki,ədalət dünyanın bütün ölkələrində pozulur.
ümümiyyətlə isə ədalət sözü nisbidir.kimisi ücün ədalətli bir qərar digəri ücün cox ədalətsiz görünə bilər.qanunlardakı qeyri -müəyyənliklər və istisnalar isə buna şərait yaradır.qanunlara əməl etmık ücün cımiyyətin mənəvi keyfiyyəti cox yüksək olmalıdir.mənəvi dəyərlərə yiyələnmək ücün isə düzgün tərbiyə üculu lazımdir.hər bir cəmiyyət özünə uyğun tərbiyə üculunu seçir.