Belə rəvayət edirlər ki, qədim Midiya öz dövrünün ən güclü, ən qüdrətli və ən zəngin dövləti olub. Hətta tarixçilərin tədqiqatlarına görə Bibliyada cənnət kimi xəritəsi çəkilib və göstərilən tarixi məkan məhz Midiyadır. Qədim dövrlərdə qərbdən şərqə gələn tacirlərdə məhz bu ölkənin zəngiliyini öz qeydlərinə yazıblarmış və nəticə olaraq bu qeydlər böyük şərq əfsanəsinə çevrilib.
Əfsanələrin birində deyilir ki, Midiyanın zəngin və varlı olmasına baxmayaraq onu zalım bir Drakon idarə edirdi. Əslində bu elə əsl Drakon idi. Tilsimli Drakon. Dünyanın hər bir yerindən gələn cəngavərlər bu Drakonnı öldürmək istəsələrdə ancaq bu alınmamışdır. Drakon taxt tacında oturmuş və əvvəlki qaydada idarə etmişdir.
Onun təkcə Drakon adı hamını vahiməyə salırdı. Bir növ O Drakon kimi Drakonluq edirdi.
Drakon onunla döyüşmək istəyənlər üçün sarayının yanında böyük bir baraban qoymuşdu kim o barabana yaxınlaşıb, onu vursa idi bu artıq Drakonun döyüşə çağırmaq demək idi. Bütün döyüşlərdə Drakon qalib gəlirdi. Qalib gəldikdən sonra saray xəbərçisi şəhərin ən hündür yerinə çıxıb qışqıramış Drakon qalib gəldi Drakkon qalib gəldi.
Midiyanın paytaxtı Ağşəhərdə balaca bir oqlan – Astiaq yaşayırdı. O da digər cəngavərlər kimi Drakonu öldürmək istəyirdi. O səbəbdən ancaq döyüşürdü və tez böyümək istiyirdi.
O böyüdü əfsanədə yazılan kimi əfasanə sürəti ilə o artıq hazır idi və Drakonla döyüşmək üçün artıq zaman gəlmişdir.
O da başqa cəngavərlər kimi böyük barabanı vurmağa gəlir. Vurur…..Vurur……
Artıq Drakonla döyüşə hazırdır.
Drakon onu srayın ən böyük və ən yaraşıqlı böyük zalına gətirir. Astiaq vahimədədir….Drakon onunla danışmaq istəyir…döyüşdn əvvəl.
D: – niyə gəlmisən?
A: – səni öldürməyə?
D: – bununla nə qazanacaqsan?
A: – insanların əziyyəti sona gələcək?
D: – Sən elə bilirsən insanların əziyyətinin sonu məndədir?
A: – bəs kimdə?
D: – mən insanların daxilində dərin quyu görürəm hansıki heç vaxt dolmayacaq
Hansıki insan həmişə istəyəcək hansıki yox deməyəcək kifayətdir işlətməyəcək
Bu qanunidir…bilirsən Bilqamış kimdir?
A: – Yox
D: – hmmm…bəs bilirsən mən niyə insan yox Drakonam?
A: – yox
D: – bilmək istəmirsən?
A: – aqa
D: – məndə insanam, ancaq Drakon olmuşam
A: – səndə başqaları kimi ola bilərdin
D: – başqaları kimi ola bilmərəm….bax məsələn sən niyə burdasan? Bəs dediyin başqaları hardadır təkcə sən gəlmisən?
A: – onlar zəifdirlər, gücsüzdülər
D:insan zəif və gücsüz olmur…dünyada ancaq güc var….ancaq güc olmayan yerdə zəifin olması labüddür. Məsələn işıq var ama qaranlıq yox……işıq olmadığı zaman qaranlığın olması labüddür və sairə
İnsanlar gərək güclü olsunlar ki, zəiflikləri itsin..
A: Mən bura səninlə vuruşmağa gəlmişəm
D:Vuruşaq
Astiqa elə ilk həmlədən müqavimət göstərməyən Drakonun boynundan ölümcül yaraladı…
A: Mən qələbə çaldım…Drakon öldü…rədd olsun tiranlıq
Drakon ölümcül halda Astiaqa yavaşca nəsə demək istyirdi…
D: Astiaq mən ölürəm ama mənim çoxlu xəzinəm və var dövlətim var bunlar hamısı sənindir ancaq bu var dövlətin bir sirri və bir istəyi var əgər sən onu yerinə yetirsən onalar sənindir ancaq yox yerinə yetirməsən onlar sənin heç vaxt olmayacaq…
A: Bu nə istəkdir axı mən hər şey edərəm səni öldürmüşəmsə onların istədiklərini etmək heçdə çətin deyil mənə….
D: get qızıllar olan xəzinəyə onlar özləri sənə demək istədiklərini deyəcəklər…..
Astiaq yavaş yavaş xəzinəyə gedən yolun qapısına çatır. Qapı açılır……………………..
Otaq ifadə olunmayacaq dərəcədə böyük və ifadə olunmayacaq qədər var dövlətlə zəngindir…..
Astiaq qapının astanasından otağa baxır və xəzinənin sirrini başa düşür………………………………..
Səhəri gün saray carçısı şəhərin ən hündür yerinə çıxır və qışqırır
Drakon qalib gəldi…. Drakon qalib gəldi….. Drakon qalib gəldi ……Drakon qalib gəldi
Sirli Xəzinə
•
1749